"Microsoft"un oyun konsolu "Xbox" 20-ci ilinə qədəm qoyur. Şirkət "Xbox" tarixi üçün virtual muzey hazırlayıb. "Metaverse" kimi hazırlanmış muzeyi avatarla ziyarət etmək mümkündür.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, digər muzeylərdən fərqli olaraq, bu muzey virtual mühitdə yaradılmışdır. "Metaverse" kimi hazırlanmış muzey virtual kainatın necə ola biləcəyi barədə fikir verir. Eyni zamanda muzeyə daxil olduqda oyunun 20 illik tarixi ilə tanış ola bilərsiniz.