"Adidas" və "Coinbase" əməkdaşlığa başlayıb.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, dünən paylaşdığı tvitlə "Adidas" günümüzün ən mühüm kriptovalyuta birjalarından biri olan "Coinbase" ilə yeni əməkdaşlığa addım atdığını açıqlayıb. Əməkdaşlığın təfərrüatları hələlik məlum deyil. Bununla belə, "Coinbase" "Adidas"ın tvitindən sitat gətirdikdən sonra ortaqlığın NFT üzərində olduğu düşünülməyə başlanıb.



"Coinbase" oktyabr ayında "OpenSea" kimi platformalarla rəqabət aparmaq üçün öz NFT platformasını işə salacağını açıqlamışdı. "Coinbase" CEO-su Brayan Armstronq noyabrın 11-də onların quracaqları yeni NFT bazarı şirkətin kriptovalyuta biznesindən çox daha böyük olacağını bildirmişdi.