Alimlər batareya ilə işləyən qatarların 2023-cü ilə qədər daha çox yayıla biləcəyini açıqlayıblar.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, bu, həm iqtisadi, həm də ekoloji cəhətdən əhəmiyyətli olacaq. Tədqiqatçıların “Nature Energy” jurnalında dərc olunan məqaləsinə görə, batareya texnologiyaları ucuzluğu və bərpa oluna bilməsi səbəbindən dizel yanacağı ilə rəqabət apara bilər.


Tədqiqatçıların nəzərdə tutduqları yeni sistemə görə, qatarların arxasında batareya daşıyan vaqonların əlavə edilməsi yetərli olacaq. Müəyyən dayanacaqlarda isə batareya doldurula biləcək.