İlk baxışda zərərsiz görünən proqramlar aktiv olmadıqda belə enerjini azalda bilir.


Facemark xarici xəbərə istinadən həmin proqramları təqdim edir:


Snapchat

Xüsusilə filtrləri sayəsində məşhurluğunu qoruyan tətbiqetmə çox sürətli şəkildə enerjini azaldır. Eyni zamanda məkana və müxtəlif xidmətlərə çıxış platformada ciddi problemlər yaradır.


Netflix


"Netflix" ən çox enerji aparan proqramlardan biridir. Xüsusilə ekran istifadəsi baxımından dezavantajlı olan tətbiqetmə bildiriş xidməti və müxtəlif funksiyaları ilə batareya öldürücü rolunu oynayır.


YouTube

Dünyanın ən məşhur video izləmə platforması olan "YouTube" bir çox xidmətləri ilə seçilir. Bir çox üstünlüklərinə baxmayaraq proqram sürətli şəkildə batareya enerjisinin azalmasına səbəb olur. Digər proqramlar isə bunlardır:


  • Fitbit
  • Uber
  • Skype
  • Facebook
  • Airbnb
  • Bigo Live
  • Instagram
  • Tinder
  • Bumble
  • Snapchat
  • WhatsApp
  • Zoom
  • Booking.com
  • Amazon
  • Telegram
  • Grindr
  • Likke
  • LinkedIn