Azərbaycan plastik qablarla bağlı 30-cu dəfədir ki, Türkiyədə keçirilən "Plast Eurasia İstanbul Sərgisi”də iştirak edir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, 4 gün davam edəcək sərgidə 854 şirkət iştirak edir. Sərgiyə 60 mindən çox ziyarətçinin baş çəkəcəyi gözlənilir. O cümlədən Azərbaycan, Almaniya, Bəhreyn, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Əlcəzair, Mərakeş, Fələstin, Finlandiya, Gürcüstan, Xorvatiya, Hindistan, İraq, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kosovo, Liviya, Livan, Makedoniya, Misir, Mavritaniya Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Çili, Tacikistan, Tunis, Ukrayna, Oman, İordaniya, Yəmən və Yunanıstan da daxil olmaqla 39 ölkədən 900-dən çox alıcı heyəti sərgidə öz yerini tutub.