Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan "UNEC İqtisadi Forum 2021" dekabrın 2-də öz işini davam etdirib.


Facemark.az-ın media tərəfdaşı olduğu Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, UNEC rektoru professor Ədalət Muradov, Nobel mükafatı laureatı professor Aziz Sancar, Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar, Almaniyanın Münhen Tədqiqat Universitetinin Təhsil İnstitutunun professoru Məsud Əfəndiyev, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, elm və təhsil üzrə xarici və yerli eskpertlər iştirak ediblər.


“Postpandemiya dövründə elm və təhsil” mövzusuna həsr olunan panelin açılışında şəhidlərin xatirəsi yad edilib və Dövlət himni səsləndirilib.


Nobel mükafatı laureatı, dünya şöhrətli alim professor Aziz Sancar pandemiya dövrünün elm adamları üçün yaratdığı problemlərdən söz açıb.


Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar pandemiyanın ali təhsil sahəsində yaratdığı təsirlərindən danışıb.


Forumda çıxış edən təhsil naziri Emin Əmrullayev forumun dövlət müstəqilliyinin bərpasına və böyük Zəfərə həsr olunmasının özünəməxsus əhəmiyyəti olduğunu xüsusi vurğulayıb.


Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar pandemiyanın ali təhsil sahəsində yaratdığı təsirlərindən danışıb.


UNEC ilə Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti (TSNUK) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.


Forum “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar” mövzusuna həsr olunan Panel 3 çıxışları ilə davam edib.



Panel 2 və Panel 3 çıxışlarını video vasitəsilə izləyə bilərsiniz:




3 dekabr - Panel 4 "Post-pandemiya dövründə biznes transformasiyası" mövzusu ilə "UNEC Iqtiadi Forum 2021" davam edir.


Veon şirkətinin Rəqəmsal və Yeni Biznesin İnkişafı üzrə vitse-prezidenti George Held (Moderator), Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Paşa Holdinq-in baş icraçı direktoru Cəlal Qasımov, Nobel mükafatı laureatı, professor Məhəmməd Yunus, Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli bu panelin spikerləridir.


Forumdan şəkilləri təqdim edirik: