cümə axşamı, 27 yanvar 2022

Qlobal reklam xərcləri 771 milyard dollara çatır

347

"WARC" (The World Advertising Research Center) 2021-ci il məlumatları və 2022-ci il proqnozlarını özündə əks etdirən yeni "Qlobal Reklam Trendləri" hesabatını paylaşıb.

Facemark xarici xəbərə istinadən xəbər verir ki, 2021/22-ci illər üçün məlumat və proqnozları özündə əks etdirən hesabata görə, qlobal reklam xərcləri bu il 23,8 faiz artaraq 771 milyard dollara çatıb ki, bu da "WARC"ın 40 illik təhlilində ən güclü artım olub. "WARC" qlobal reklam investisiyalarının 2022-ci ildə 12,5%, 2023-cü ildə isə 8,3% artacağını gözləyir. Şirkət e-ticarət platformalarının bu artıma rəhbərlik edəcəyini bildirir.

Hesabata görə, qlobal reklam ticarəti bazarının dəyəri də 2025-ci ilə qədər 1 trilyon dollara çata bilər. "Meta", "Alphabet" və "Amazon" isə bu bazarın yarıdan çoxuna sahibdir.

"WARC"ın hesabat üçün sorğusu göstərir ki, reklam mütəxəssislərinin 66 faizi "Tiktok"da, 61 faizi "YouTube"da, 60 faizi "Instagram"da və 57 faizi "Google"da görünəcək reklamlara daha çox pul xərcləməyi planlaşdırır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik