İsveçli dizayner, audio-vizual rəssam Love Hultén və rəqəmsal rəssam Lironanın əməkdaşlığı nəticəsində yaradılan "Synthboi" layihəsi diqqət cəlb edir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, Love Hultén dizaynlarında üstünlük təşkil edən avanqard konsepsiya rəqəmsal rəssam Lironanın yaratdığı fiqurla birləşir və bu retrofuturistik maşın ortaya çıxır. Musiqi, interaktiv təcrübə və vizual performansı birləşdirən Synthboi həm də "NFT" layihəsi kimi təqdim olunur. İzləməsi də təsir edici olan bu layihənin diqqət mərkəzində musiqi ilə canlanan fiqurdur.


15 düymlük monitordakı dairəvi ekran və bu ekrandakı vizual ilə ahəngdar işləyən "MIDI" klaviatura fiqurun içindəki rəngli işıqları canlandırır. 25 düyməli klaviaturada nə qədər çox düymə basılırsa, ekranda #boiz kolleksiyası bir o qədər rəngarəng olur.


Videonu link vasitəsilə izləyə bilərsiniz.