İsmayıllıda “Region gənclərinin məşğulluğunun artırılması məqsədilə elektron ticarətin təbliği” adlı layihə həyata keçirilib.



Facemark rəsmi xəbərə istinadən xəbər verir ki, 4-5 dekabr tarixlərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, "Gələcəyə Doğru Gənclərin İnkişafı İctimai Birliyi"nin təşkilatçılığı ilə "Region gənclərinin məşğulluğunun artırılması məqsədilə elektron ticarətin təbliği" adlı layihə həyata keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan layihənin məqsədi gənclərin öz bizneslərini quraraq məşğulluq səviyyəsinin artırılmasında onlara dəstək olmaqdır.


Təlimlərin ilk günündə iştirakçılara biznes ideyanın yaranması, marketinq, rəqəmsal marketinq istiqamətində təlimlər, ikinci günündə isə elektron ticarət, Amazon FBA istiqamətində təlimlər keçirilib. Layihə çərçivəsində iştirakçılar komandalara ayrılaraq real biznes qurmaq istiqamətində təqdimatlar hazırlayaq çıxışlar ediblər. Sonda hər bir iştirakçıya sertifikatlar təqdim olunub.