cümə axşamı, 27 yanvar 2022

Elektrikli velosiped - "Urtopia"

343

Elektrikli velosiped "Urtopia" səs idarəetməsi ilə diqqət çəkir. Elektrikli avtomobillər, motosikletlər və skuterlərə maraq artdıqca velosiped sürməyə olan həvəs daha geniş kütləyə yayılır.

Facemark xarici xəbərə istinadən xəbər verir ki, Honq-Konqda yerləşən qlobal şirkət Urtopia velosiped dünyasının iddialı adlarından biridir. Əlverişli qiymətə və dəbli dizayna üstünlük verməklə yanaşı, şirkət ən son texnologiyaları elektrikli velosipedlərə inteqrasiya edir. Adını “şəhər” və “utopiya” sözlərinin birləşməsindən götürüb. Hazırda bu vizyonun ən diqqət çəkən məhsulu "Urtopia Carbon Electric" velosipedidir.

Velosiped sürət və ərazi kimi xarici amillərdən asılı olaraq 48-128 km məsafə təklif edən akkumulyatorla təchiz edilib. Velosipedin ən vacib xüsusiyyətlərindən biri də onun LCD ekranını özündə birləşdirən smart idarəetmə panelidir. Bu panel istifadəçiyə velosipedin vəziyyəti haqqında məlumat verir.

Velosipedin videosunu link vasitəsilə izləyə bilərsiniz.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik