Dünyada bir çox COVID-19 peyvəndi istifadəyə verilsə də, yeni peyvənd tədqiqatları hələ də davam edir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, dünyanın ilk bitki əsaslı koronavirus peyvəndi Kanadada yerləşən Medicago və Britaniya Əczaçılıq şirkəti GlaxoSmithKline (GSK) ilə birgə istehsal edilib. Rəsmilər peyvəndin koronavirusun bütün variantlarına qarşı qorunma təmin etdiyini açıqlayıb.


Medicago vaksinin son mərhələdəki klinik analizlərinə görə, Delta variantı da daxil olmaqla virusun bütün variantlarına qarşı ümumi effektivliyin yüzdə 71 olduğunu bildirib. Medicago əməkdaşı Brian Ward, nazirliyin təsdiqi ilə peyvəndin virusa bənzər hissəcik texnologiyasından istifadə edən ilk COVID-19 peyvəndi olacağını, insanların istifadəsi üçün təsdiqlənmiş ilk bitki əsaslı peyvəndi olacağını vurğulayıb: "Bu, dünyada bir ilk olacaq. Hələ peyvənd olmayanlar və ya əlavə gücləndirici doza ehtiyacı olanlar üçün bizim peyvəndimizə ciddi ehtiyac olacaq" deyə bildirib.