cümə axşamı, 27 yanvar 2022

Yapon milyarderinin kosmosa səyahəti başlayır

375

Yapon milyarder Yusaku Maezava 2009-cu ildən bəri Beynəlxalq Kosmik Stansiyaya (BKS) səfər edən ilk kosmos turisti olacaq.

Facemark xarici xəbərə istinadən xəbər verir ki, Maezava dekabr ayında Rusiya Federal Kosmik Agentliyinin "Soyuz MS-20" kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) səfər edəcək. Onun rus kosmonavt Aleksandr Misurkinin yanında həyata keçirəcəyi 12 günlük səfər üçün BKS səyahəti zamanı 20-40 milyon dollar xərcləyəcəyi bildirilir.

2023-cü ildə yapon milyarder ABŞ-lı sahibkar İlon Maskın raket, peyk və kosmik gəmi şirkəti "SpaceX"in kosmik gəmisi ilə Yerin peyki olan Ay ətrafında ilk səfərinə qatılacaq.

Məşhur 43 yaşlı sahibkar Yusaku Maezava Yaponiyanın "Zozotown" geyim brendinin sahibidir.

"Forbes"in məlumatına görə Maezavanın sərvəti 2,9 milyard dollardır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik