İlon Mask beşinci həftədə "Tesla" səhmlərini satıb.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, "Tesla"nın milyarder qurucusu vergi ödəmək üçün 934,091 "Tesla" səhmini 963 milyon dollara satıb. Belə ki, Mask keçən ay "Twitter"də "Tesla"dakı payının 10 faizini satıb-satmayacağına dair sorğu açdıqdan sonra ümumilikdə təxminən 11 milyon səhm satıb.


Maskın səhmlərini satmağa başlaması ilə "Tesla" səhmləri noyabrın 4-də zirvəyə çatdıqdan sonra 18 faiz ucuzlaşıb. Mask "Bloomberg Milyarderlər İndeksi"nə görə dünyanın ən zəngin adamıdır və "Tesla"nın rəhbərinin sərvəti bu il 110 milyard dollar artaraq 266 milyard dollara çatıb.