"Fujitsu" və "MIT" (Massachusetts Institute of Technology) alimləri insan kimi düşünə bilən süni intellekt texnologiyası üzərində işləyirlər.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, alimlərin hazırda üzərində işlədiyi süni intellekt texnologiyası insan kimi düşünməyi hədəfləyir. Bunun üçün onlar insan beynini əks etdirən hesablama metodu hazırlayıblar.


"MIT" və "Fujitsu" bu uğura neyron şəbəkələrini (DNN) modullara bölməklə nail olublar. Bunlar hər bir insan beyninin vizual məlumatı emal etmə tərzinə bənzər forma və ya rəng kimi fərqli bir xüsusiyyəti tanımaq üçün cavabdeh olan modullardır.