''INNO Day 2021'' tədbiri ilə ''OPPO'' təqdimatı gözlənilən yeni məhsullarını, həmçinin markanın məhsullarındakı yeniləmələri və strateji planlarını təqdim edib. Tədbirdə təqdim edilən ''OPPO Air Glass'' dizayn xüsusiyyətləri ilə diqqət çəkir.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, ''Air Glass''ın ümumi çəkisi cəmi 30 qramdır. Gümüş və ya qara olan çərçivə iki fərqli şəkildə istifadə edilə bilər. Bu 30 qramlıq əsas parça, ağıllı eynəklərin başqa bir hissəsi olan standart eynəklərə maqnitlə yapışdırıla bilər. Qualcomm Snapdragon 4100 prosessorlu ağıllı eynəklərin 3 saat aktiv istifadə təqdim edəcəyi və gözləmə rejimində 40 saat davam edəcəyi bildirilir.
''ColorOS 11'' və ya daha yüksək olan istənilən ''OPPO'' smartfonu ilə idarə oluna bilən ağıllı eynəklər toxunma, səs və əl hərəkətləri ilə əmrləri yerinə yetirə bilir.
Videonu buradan izləyə bilərsiniz.