Amerika Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) ən böyük məqsədlərindən biri şübhəsiz ki, kosmik turizmdir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, kosmik turizm çərçivəsində Aya, daha sonra Marsa səyahət təşkil etməyi planlaşdıran qurum bu istiqamətdə ilk addımı atmağa hazırlaşır. "NASA" Beynəlxalq Kosmik Stansiyaya (BKS) kosmik turizmin keçiriləcəyi tarixi açıqlayıb. 28 fevral 2022-ci ildə Beynəlxalq Kosmik Stansiyaya (BKS) ilk kosmik turizm missiyasını həyata keçirməyi hədəflədiklərini bildirib.


Qeyd edək ki, uçuş zamanı "SpaceX"in sınaqdan keçirilmiş və təsdiqlənmiş "Falcon 9" raketindən və "Crew Dragon" kosmik gəmisindən istifadə ediləcək.