2022-ci ildə ilk dəfə olaraq qlobal iqtisadiyyat 100 trilyon dolları ötəcək.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Cebr” konsaltinq şirkətinin hesabatında bildirilib. Hesabata əsasən, Çinin dünyanın bir nömrəli iqtisadiyyat kimi ABŞ-ı geridə qoyması əvvəllər düşünüldüyündən bir az daha uzun çəkəcək. Proqnozlara görə, bu 2028-ci ildə deyil, 2030-cu ildə baş verəcək.


Hindistan 2022-ci ildə Fransanı, 2023-cü ildə isə İngiltərəni geridə qoyacaq.


Hesabata əsasən 2033-cü ildə iqtisadi məhsuldarlığına görə Almaniya Yaponiyanı ötəcək. Bununla yanaşı, Rusiya və İndoneziya da 2034-cü ildə ilk onluğa düşə biləcəklər.