"Movano" istifadəçinin sağlamlığını izləyə biləcəyi üzük hazırlayıb. Şirkət öz məhsulunu "CES 2022" tədbirində tanıtmağı hədəfləyir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, geyilə bilən texnologiyanın insan sağlamlığı üçün əhəmiyyətini göstərən məhsullardan biri olmağı hədəfləyən "Movano Ring", istifadəçinin sağlamlığı ilə bağlı bir çox məlumatı təhlil edəcək və xəbərdarlıqlar verəcək. Belə ki, cihaz - qan oksigen səviyyəsi, yuxu, tənəffüs, temperatur, ürək dərəcəsi, qan təzyiqi, ürək dərəcəsi dəyişkənliyi, addımlar və yandırılmış kalorilər kimi bir çox sağlamlıq faktorunu izləyəcək.


"Movano Ring" ilk olaraq 2022-ci ilin ikinci yarısında cihazının beta versiyasını təqdim edəcək.