Trendlə ayaqlaşmaq

2013-cü ilin fevralında Amerikada güclü qar fırtınası proqnozu verildi. Starbucks soyuq qışı isti qəhvə ilə qeyd edərək yeni kampaniya başlatdı. Şirkət, “Nemo” ləqəbli qar fırtınası ətrafında söhbətləri əhatə edən Facebook və Twitter yazıları ilə partladı. Qeyri-adi heç nə yox idi.Onlar sadəcə soyuq havada əlində isti qəhvə fincanı tutan insanların fotolarını paylaşırdılar. Kampaniya Facebook və Twitter vasitəsilə reklam edildi. İnsanlar #Nemo və ya #blizzard kimi hava ilə əlaqəli hashtag`ləri axtararkən fotolar ortaya çıxırdı. Bu bir növ trendlə ayaqlaşan və tez-tez qarşımıza çıxmalı olan tip kampaniyalardan biri idi.


#redcupcontest

Starbucks`ın qırmızı kağız stəkanları, Miladın gəlişinin simvolu olaraq bir növ ənənə halına gəldi. 2014 və 2015-ci illərdə İnstagram`da #redcupcontest hashtag`i ilə müsabiqə təqdim etdilər. İstifadəçilər 5 hədiyyədən birini qazanmaq şansı üçün #redcupcontest hashtag`i ilə qırmızı kağız stəkanlarını paylaşmalı idilər. 2015-ci ildə müsabiqənin ilk 2 günündə İnstagram`a bu hashtag ilə hər 14 saniyədə 1 yeni foto paylaşıldı və müsabiqə ərzində 40.000 giriş toplanıldı.





Tweet-a-coffee


2014-cü il payızdan etibarən Starbucks “Tweet-a-coffee” adında yeni Twitter kampaniyasına başladı. Bu kampaniya müştərilərə @tweetacoffee yazmaqla Twitter`dəki hər hansı bir kəs üçün bir qəhvə almaq imkanı verdi. Bunu etməklə və Starbucks hesablarını Twitter hesablarına bağlamaqla 5 dollarlıq hədiyyə kartı veriləcəkdi. Bəziləri bir neçə dəfə olmaqla, 27.000 insan bu kampaniyaya qoşuldu. Bu kampaniya ilə Starbucks cəmi bir neçə ay ərzində 180.000 dollardan çox gəlir əldə etdi.






“Mənimlə Starbucks`da tanış ol”

Starbucks şübhəsiz dostlarla görüşmək üçün əla məkandır. Bunu bilərək şirkət 2014-cü ildə yeni kampaniya başlatdı. Starbucks, müştərilərinə “Necə tanış olduq?” hekayəsinin qarşılığında bir il ərzində pulsuz qəhvə qazanma şansı verdi. Müsabiqəni yaymaq üçün #HowWeMet hashtag`indən istifadə edildi. Kampaniya bütün dünyada tanındı, buna görə də insanlar ən maraqlı hekayələri oxudular və Starbucks’ı tamamilə yeni cəhətdən gördülər.