Ceyms Uebb Kosmik Teleskopu şənbə günü orbitə buraxılıb. Onun 29 günlük səyahətinin ilk mərhələləri problemsiz keçib.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) nəhəng layihəsi olan Ceyms Uebb Kosmik Teleskopu dekabrın 25-də səyahətə başlayıb. Bəşəriyyətin kosmosa göndərdiyi ən böyük teleskop ilə 29 günlük səyahətin hər bir detalı hesablanıb. İndiyə qədər problemsiz keçən kritik səyahətin ilk addımları haqqında məlumatlar gəlməyə davam edir.


Ceyms Uebb Kosmik Teleskopu 1,5 milyon kilometr uzaqlıqdakı "Langrange-2" (L2)-də 10 il fəaliyyət göstərəcək. Artıq L2 nöqtəsinə çatmaq üçün 29 gün çəkəcək səyahətin üç günü geridə qalıb. Hər şey qaydasında olarsa, teleskop 6 aydan sonra ilk məlumatlarını ötürməyə başlayacaq.