Rebrendinq niyə lazımdır? Brendi dəyişdirmək üçün əsaslı səbəblər hansılardır?


Facemark xarici xəbərə istinadən bu haqda araşdırmanı təqdim edir:


Bəzən biznesinizi təkmilləşdirmək üçün rebrendinq lazımdır. Bu halda rebrendinq əslində ən vacib fəaliyyətlərdən biridir. Buna bəzi amillər səbəb ola bilər:


1. Vəzifə dəyişikliyi - Biznesin rebrendinqinin əsas səbəbi biznesin məqsədindəki fərqlərdir. Biznesdə missiyanın dəyişməsi belə bir yeniliyə səbəb ola bilər. Şirkət rəhbərləri və işçiləri yeniləndikdə marka dəyişikliyinə ehtiyac duyulur.



2. Bazar dəyişikliyi - Şirkətin hara və necə gələcəyi çox vaxt düzgün planlaşdırılmır. Bu halda biznesə aid olan loqo, rənglər, qablaşdırma yenidən dizayn edilməli olur. Brend imicindəki dəyişiklik sadiq auditoriyaya mənfi təsir göstərməyərək, həm də yeni auditoriya qazanmanıza kömək edəcək.


3. Rəqabət - Brendlər üçün ən çətin mərhələ rəqabət vəziyyətidir. Rəqabətin şiddətli olduğu bir dövrdə rebrendinq mühüm yer tutur. Yeni bazar yaratmaq və ya mövcud bazara hakim olmaq üçün yenilənmə lazımdır. Doğru marka yenilənməsi ilə bazar mühiti çox asanlıqla idarə oluna bilər.


4. Brendlərin birləşməsi - Şirkətlərin birləşməsi halında, yenilənməyə getmək lazımdır. Brendlər hansı hallarda birləşir? Marka birləşməsi ümumiyyətlə maliyyə çətinliklərinin yaranması ilə başlayır. Şirkətlərin birləşməsi ilə bu çatışmazlıqlar aradan qaldırılır. Hər iki markanın bu vəziyyət qarşısında tam dayanması lazım gələcək. Rebrendinqlə fərqli strategiyalar ortaya çıxacaq. Xatırlatmaq istərdik ki, bu proses çox çətin olacaq. Əslində marka olmaq üçün başladığınız ilk prosesdən daha çətin bir proses sizi gözləyəcək.