"LG" texnologiya nəhənglərinin və ekoloqların diqqətini çəkən yeni məhsul hazırladığını açıqlayıb. Su və yuyucu vasitə olmayan paltaryuyan maşın üzərində işə başladığını bildirən şirkət davamlılıq baxımından maraqlı bir üsuldan istifadə etməyi planlaşdırır.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, dövrümüzün ən böyük problemlərindən biri şübhəsiz ki, iqlim dəyişikliyidir. İqlim dəyişikliyinin gətirdiyi bir çox təhlükə var. Bunlardan ən əhəmiyyətlisi susuzluqdur. "LG" də bu istiqamətdə mühüm addım atıb.


Cənubi Koreyanın texnologiya nəhəngi su və yuyucu vasitə olmadan işləyən paltaryuyan maşın hazırlamağa başladığını açıqlayıb. Ekoloqların və sənayedəki digər şirkətlərin diqqətini cəlb etməyi bacaran "LG" sözügedən paltaryuyan maşını iki il sınaqdan keçirəcəyini bildirir. Daha sonra satışa çıxarılacağı gözlənilir. Bəs maraqlıdır bu cihaz necə çalışır? Maşın içərisində qaz halında olan karbon qazı işə düşən kimi maye halına gəlir və paltarlar yuyulur. Daha sonra yuyulma prosesi bitdikdən sonra yenidən qaza çevrilir ki, növbəti yuyulmada da eyni proses tətbiq olunsun.