"Oatly" markasının İnstaqramda paylaşdığı videoda müxtəlif 8 reklam yer alır.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, bitki mənşəli süd məhsulları təklif edən İsveç mərkəzli "Oatly" markası, kampaniyalarında çatdırmaq istədiyi mesajı verməklə yanaşı, hər dəfə tamaşaçıların diqqətini çəkəcək bir məqam tapır.


Məhsullarının təsviri olan reklam çarxı əslində sadəcə bir İnstaqram postuna bənzəyir, lakin "Oatly"nin 8 fərqli reklam kampaniyası bu yazının içərisində gizlənir.


Çəkilişləri həftələrlə davam edən reklam filmi Amsterdam və Rotterdamda çəkilib. Avtobus dayanacağındakı reklamla başlayan macəra bədii rəhbər və kreativ rəhbərin görüşünü əhatə edən silsiləyə çevrilir.


Reklam çarxını buradan izləyə bilərsiniz.