Dünyanın ilk NFT restoranı gələn il öz qapılarını açmağa hazırlaşır.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, müasir dövrdə NFT-lər həyatımızı tamamilə əhatə etməyə başlayıb. Dünyanın ilk NFT restoranının açılışı ilə qida sənayesində də buna şahid olacayıq.


Amerikalı sahibkar Gary Vaynerchuck tərəfindən yaradılan startapın adı "Flyfish Club"dır. Nyu Yorkda açılmağa hazırlaşan NFT restoranına yalnız NFT üzvlük kartı olan istifadəçilər daxil ola biləcək. Kart vasitəsilə kokteyl salonuna, dəniz məhsulları restoranına və özəl klub tədbirlərinə giriş sərbəst olacaq.


Bununla bağlı çəkilən video çarxı buradan izləyə bilərsiniz.