''Apple'' 2022-ci ilin birinci rübü üçün maliyyə nəticələrini açıqlayıb.


Facemark xarici mənbəyə istinadən xəbər verir ki, bu müddət ərzində şirkətin gəliri 123,9 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur. Bu, şirkət üçün yeni rekorddur. "Apple"ın verdiyi açıqlamada, rüb üçün səhm üzrə mənfəətin 2,10 dollar olduğunu söyləyib.


Şirkət həmçinin xidmətlərin satışından əldə etdiyi gəliri - 19,52 milyard dollar artırıb. Digər aksesuarların satışından isə 14,70 milyard dollar gəlir əldə edilib.