Almaniyada fəaliyyət göstərən Vaffel Meyer şirkəti Roma Media tərəfindən təşkil edilən Biznes Dünyası Mükafatlarında ''İlin ən yaxşı qida şirkəti'' adına layiq görülüb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Alman mərkəzli Vaffel Meyer, Roma Media tərəfindən təşkil edilən Biznes Dünyası Mükafatlarında qida şirkətləri kateqoriyasında ''İlin ən yaxşı qida şirkəti'' mükafatına layiq görülüb. Vaffel Meyer 40 kateqoriya üzrə hər sektorun ən yaxşılarının mükafatlandırıldığı mərasimdə mükafatı İdarə Heyətinin sədri Vilhelm Meyer alıb.