Kaliforniyada keçirilən "Coachella" hər il minlərlə insanın iştirak etdiyi musiqi festivalıdır. "Coachella"nın NFT kolleksiyası tezliklə satışda olacaq.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, builki festivalda Sweedish House Mafia, Doja Cat, Big Sean və daha bir çoxları səhnəyə çıxacaq.
Festival fevralın 4-də FTX tərəfindən hazırlanmış NFT kolleksiyasını təqdim etməyə hazırlaşır. Kolleksiyaya 10 NFT ''Coachella Keys Collection'' daxildir. Bu 10 NFT kolleksiyası ilə iştirakçılar ömürlük festival bileti və Coachella tərəfindən hazırlanmış virtual təcrübələrə çıxış əldə edəcəklər.