''Google'' bu gündən etibarən başlayan 2022 Qış Olimpiya Oyunları üçün xüsusi dudl hazırlayıb. Heyvanların yer aldığı bu doodle, istifadəçiləri Qış Olimpiya Oyunları 2022 axtarış nəticələri səhifəsinə yönləndirir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Google'' tərəfindən hazırlanan animasiyalı dudlda daha çox heyvanlardan istifadə edildiyini görürük. Bu heyvanların qış idmanlarını həyata keçirməyə çalışdıqları göstərilir. Nəticələrin yer aldığı səhifədə Qış Olimpiya Oyunlarının tarixindən də bəhs edilir.


Kiçik bir toxunuşla siz Olimpiada üçün yaradılmış vikipediya səhifəsinə birbaşa daxil ola bilərsiniz. Bundan əlavə, Olimpiadadan son dəqiqə fotoşəkilləri keçid şəklində axtarış nəticələri səhifəsində göstərilir.