İstanbul Texnoparkı ilə Azərbaycan İnnovasiyalar Agentliyi arasında “Yüksək texnologiyalar sahəsində əməkdaşlıq haqqında” saziş imzalanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bəyanatda bildirilir ki, sazişdə Azərbaycanın Qarabağ bölgəsinin yüksək texnologiyalar mərkəzinə çevrilməsi və Yüksək Texnologiyalar Parklarının yaradılması maddələri yer alıb.


Teknopark İstanbul baş direktoru Bilal Topçu, "Türkiyədə yüksək texnologiyalar və xüsusilə də dərin sahibkarlar sahəsində əldə etdiyimiz təcrübəni Azərbaycana köçürəcəyik. Yeni texnologiya parklarında yüksək texnologiyalı məhsulların inkişafına dəstək verəcəyik.” deyə qeyd edib.


Verilən məlumata görə, yaxın vaxtlarda Texnopark İstanbul ilə Azərbaycan İnnovasiyalar Agentliyinin sədrliyi arasında görüşlərin keçirilməsi planlaşdırılır.