ABŞ Aerokosmik Agentliyi (NASA) Lockheed Martin Space ilə müqavilə imzalayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki,NASA inzibatçısı Bill Nelson "Bu təməlqoyma təşəbbüsü, ilk robotik gediş-gəliş missiyası başqa planetdən nümunələr götürdüyü zaman dünyanı ruhlandıracaq" deyə qeyd edib.


Həmçinin Nelson bunun ilk dəfə astronavtların Marsa göndərilməsi üçün mühüm addım olacağını bildirib.


MAV raketinin Lockheed Martin Space ilə istehsalına dair müqavilənin 194 milyon dollar dəyərində olduğu, tikinti prosesinin fevralın 25-də başlayacağı və 6 il çəkəcəyi bildirilib.