Fast food restoranlar şəbəkəsi ''McDonald's'' evinizə yemək çatdıracaq metaverse restoran da daxil olmaqla on yeni ticarət nişanı üçün müraciət edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət metaversedə təkcə ''McDonald's'' deyil, ''McCafe'' də açmağı planlaşdırır. Virtual qida ilə yanaşı, metaverse istifadəçiləri evlərinə yeməklərin çatdırılmasını sifariş edə biləcəklər.


Yaxın gələcəkdə evdən çıxmadan virtual dünyadan şifarişlərinizi edə biləcəksiniz.