''Microsoft'' fevralın 28-də baş ofisi olduğu Vaşinqton ştatında ofislərini tamamilə yenidən açmağı planlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, vaxt keçdikcə bir çox şirkət ofislərinə qayıtmağa qərar verir. Həyatımıza daxil olan yeni Covid-19 bu qərarların davamlı olaraq gecikməsinə səbəb olsa da, ''Microsoft'' bu dəfə ofisə qayıtmaqda qərarlı görünür.


''Microsoft''un vitse-prezidenti və baş marketinq direktoru Chris Caposselanın bloq yazısına görə, onlar bu qərarı ştatda xəstəxanaya yerləşdirmə və ölüm hallarının azalması səbəbindən qəbul ediblər. Lakin 28 fevral 2022-ci il tarixindən etibarən işçilərin işlərində düzəlişlər etmək üçün 30 günü olacaq. Şirkət öz ofislərini təkcə işçilərinə deyil, həm də ziyarətçilərin və qonaqların üzünə açacaq.


Qeyd edək ki, Meta da həmçinin martın 28-də ofislərini yenidən açmağı planlaşdırır və işçilərindən ofislərə qayıtmazdan əvvəl üç doza peyvəndi almağı tələb edir.