''eBay'' platformasının əməkdaşları istifadəçilərin axtarış sorğularını təhlil edərək bu mövsüm xüsusilə aktuallaşan idman ayaqqabılarını sıralayıblar.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, fevral ayında ayaqqabı bölməsində ötən ilin müvafiq dövrü ilə müqayisədə tələbat 927 faiz artıb. Xüsusilə, təkcə yeni dizaynlı idman ayaqqabısı deyil, vintage modelləri də dəb halını alıb.


Reytinqə əsasən, platformanın müştəriləri tərəfindən ən çox bu markalar alınıb:


Nike Air Force 1 Low 07 White,
Nike Dunk Low Retro Black White Panda,
Adidas Yeezy Boost 350 V2 Light,
Air Jordan 4 Retro Lightning və Yeezy Boost 350 V2 Bred 2017,
Jordan 1 Retro High OG Patent Bred,
Nike Air Force 1 07 Triple White,
Adidas Yeezy Boost 350 V2 MX Rock.