''McDonald's'' fast food restoranlar şəbəkəsinin Rusiya bölməsi Moskvada 60-dan çox restoran açmağı planlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbə verir ki, yeni müəssisələrin açılması sayəsində Moskva vilayətində şəbəkənin inkişafına təxminən 7 milyard rubl sərmayə qoyulacaq.


“Regionda artıq 142 ''McDonald's'' var. Hər gün onlara 300 minə yaxın ziyarətçi gəlir. Burada 25 mindən çox insan çalışır.'' - deyə şəbəkənin mətbuat xidmətinin bəyanatında deyilib.


Şəbəkənin inkişafı ilə bağlı müqavilə 2021-ci ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda ''McDonald's''ın Rusiya ofisinin keçmiş baş direktoru Mark Karena və regionun qubernatoru Vorobyov tərəfindən imzalanıb.