''Meta'' artıq dünyanın ən dəyərli 10 şirkəti arasında deyil.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Facebook''un gündəlik aktiv istifadəçiləri 1,930 milyarddan 1,929 milyarda düşərək ilk dəfə olaraq əvvəlki rübdən geri qalıb. ''Meta''nı isə Çində yerləşən ''Tencent'' əvəz edib.


Məlumata əsasən, ''Meta'' hazırda 565 milyard dollarla dünyanın 11-ci ən dəyərli şirkətidir. Qeyd edək ki, şirkət cəmi 5 ay əvvəl altıncı yerdə idi.


''Bloomberg''in məlumatına görə, dünyanın ən dəyərli 10 şirkəti aşağıdakılardır:


''Apple'' (2,8 trilyon dollar)
''Microsoft'' (2,2 trilyon dollar)
''Aramco'' (2 trilyon dollar)
''Alphabet'' (1,8 trilyon dollar)
''Amazon'' (1,6 trilyon dollar)
''Tesla'' (905,7 milyard dollar)
''Berkshire Hathaway'' (700,6 milyard dollar)
''Nvidia'' (613 milyard dollar)
''TSMC'' (600,3 milyard dollar)
''Tencent'' (589,8 milyard dollar)


''Facebook'' 565,4 milyard dollarla ''Tencent''dən geri qalır.