Rusiya prezidenti Vladimir Putindən yeni açıqlama gəlib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, iş dünyası nümayəndələri ilə görüşdən sonra mətbuata açıqlama verən Putin, Ukraynaya indiyə qədər edilən hücumların atılması lazım olan tədbirlər olduğunu bildirib. O, bu şəkildə hərəkət etməkdən başqa çarələrinin olmadığını bildirib.


Dünya iqtisadiyyatına zərər verməyəcəklərini ifadə edən Putin, “Çünki biz də sistemin bir parçasıyıq. Beynəlxalq tərəfdaşlarımız bunu qiymətləndirməli və bizi sistemdən atmamalıdır” deyə qeyd edib.


“Bizim də nəzarətimiz olacaq. Bizim burada geosiyasi riskləri dəqiq proqnozlaşdırmağımız mümkün deyil. Siz sabitlik tələb edirsiniz, biz əlaqə saxlamalıyıq” sözləri ilə davam edib.


Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kiyev yaxınlığındakı hava limanını ələ keçirdiyini bildirib.