Bu yaxınlarda ''Coca-Cola'' kosmosdan ilham alan yeni məhsulu "Coca-Cola Intergalactic"i satışa çıxarmışdı. İçki sənayesində yeni məhsul sınaqları davam edərkən, ''Pepsi'' də bir addım atdı.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Pepsi'' yeni məhsulu ilə adi qazlı içkilərdən daha kremli və daha yumşaq dad vəd edən içki təqdim edib. "Nitro Pepsi" adlanan yeni məhsul martın 28-dən etibarən ABŞ-da satışa çıxarılacaq.


Vanil ətirli variantı ilə alternativlərini genişləndirən ''Pepsi'', bu içkinin digər içkilərdən fərqli olduğunu və qazlı içkilərə üstünlük verməyən istehlakçılar tərəfindən üstünlük veriləcəyini iddia edir.