Facemark.az metaverse dünyasını daha yaxşı təsvir edən 3 ən yaxşı filmləri təqdim edir.


''Social Dilemma''


İnternetdə gəzərkən daxil etdiyimiz məlumatlara kimin daxil ola biləcəyini heç düşünmüsünüzmü? ''Sosial Dilemma'' məhz bu marağı təmin edir. Üstəlik, biz bunu ''Facebook'', ''Google'' və ''Instagram'' kimi texnologiya nəhənglərinin rəhbər kürsüsündə oturan insanlardan dinləyirik. Film birbaşa metaverseyə istinad etmir, lakin bu nöqtədə məlumatların dəyərini başa düşmək onun metaverse kainatında necə işlənəcəyini anlamaqda faydalı ola bilər.




''TRON''


''TRON'' filmi tamaşaçını gələcəkdə yaşaması mümkün olan rəqəmsal kainata aparır. Texnologiyaya maraq göstərən oğlan atasının ölümünü araşdırarkən rəqəmsal dünyanın qapılarını açır. Film tam metaverse dünya vəd etməsə də, bəzi detalları tapa bilərsiniz.



''Ready Player One''


Filmin rejissoru Stiven Spilberqdir. Biz VR eynəklərinin ən azı smartfonlar qədər yaygın olduğu bir dövrə gedirik. Süjet ailəsini itirmiş yeniyetmə Ueyd Uotts və onun arxasınca milyonları sürükləməyi bacaran milyarder virtual oyun dizayneri ətrafında cərəyan edir. Həm real, həm də metaverse dünyasını bir araya gətirən film, metaverseni ən yaxşı təsvir edən istehsallardan biridir.