Moda nəhəngi ''Gucci'' metaverse startap ''The Sanbox''dan yer alıb. ''Gucci'' aldığı məkanda "interaktiv moda təcrübəsi" yaratmağı planlaşdırır. O, virtual mağaza və tədbir məkanı kimi istifadə olunacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Gucci aldığı məkanda "interaktiv moda təcrübəsi" yaratmağı planlaşdırır. Bu interaktiv təcrübə Gucci-nin yaradıcı direktoru Alessandro Michelenin rəhbərliyi altında həyata keçiriləcək. Virtual mağaza və tədbir məkanı kimi istifadə olunacaq bu ərazinin gözəllik axtarışını ehtiva edən uşaqlıq xatirələrindən ilhamlanacağı bildirilir.


Discord kanalı vasitəsilə metaverse və NFT sahəsində ''Gucci Vault'' kommunikasiyasını gücləndirən brend artıq gələcəyin metaversesində öz yerini tutub.