Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar fonunda xarici şirkətlər öz məhsullarının Rusiyaya tədarükünü dayandırıblar. Bu dəfə telekommunikasiya avadanlığının yaradıcısı olan ''Disney'' media şirkəti ''Ericsson'', avtomobil istehsalçıları ''Volvo'' və ''Scania'', həmçinin spirtli içkilərin ən böyük idxalçıları və distribyutorları - ''Simple'' və ''Luding'' əməkdaşlığı müvəqqəti dayandırdıqlarını bildiriblər.


Facemark.az xarici mənbəyə istinadə xəbər veriri ki, ''Disney Walt'' şirkəti öz filmlərinin Rusiya kinoteatrlarına çatdırılmasını və yayımını dayandırdığını elan edib. Bu qərar Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda qəbul edilib.


''Volvo Cars'' və ''Scania'', digər avtomobil istehsalçılarından sonra Rusiyada fəaliyyətini müvəqqəti dayandırıb. ''Volvo Cars'' bu ölkə ilə ticarətdən yarana biləcək potensial risklərə görə Rusiyada yeni avtomobillərin satışını dayandırmaq qərarına gəlib. ''Scania'' isə öz növbəsində Rusiyaya avtomobil və ehtiyat hissələri tədarükünü müvəqqəti dayandırıb.