“Mastercard”ın ardınca “Visa” da bir neçə Rusiya bankının ödəniş sisteminə çıxışını bloklayıb”.


Facemark.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov teleqram kanalında yazıb.


“Bu o deməkdir ki, sözügedən bankların kartları yalnız Rusiya daxilində işləyəcək. Ölkə xaricində və xarici onlayn-mağazalarda onlardan istifadə etmək mümkün olmayacaq”, - o yazıb.


Xatırladaq ki, daha əvvəl “Mastercard” da analoji addımı atmışdı.


Bundan başqa, “Mastercard” Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı iş aparır.