''PayPal'' Ukraynanı işğal edən Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gələn ən yeni şirkətdir. Dünyanın ən böyük onlayn ödəniş xidməti platformalarından biri olan ''PayPal'' ölkədəki xidmətlərini dayandırdığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən onlayn ödəmə sistemi provayderi PayPal da Rusiyaya qarşı sanksiyalar tətbiq edən şirkətlərə qoşulub. Məlumata görə, şirkət müharibəyə etiraz olaraq Rusiyadakı xidmətlərini dayandırmaq qərarına gəlib. Baş direktor Dan Schulman qeyd edib: "Ukraynadakı hərbi əməliyyatı pisləyirik və bu məsələdə beynəlxalq ictimaiyyətin yanındayıq"


Qeyd edək ki, ''Volkswagen'', ''Ikea'' və ''H&M'' kimi müxtəlif sektorlardan nəhəng qurumlar da oxşar sanksiyalara getdiklərini açıqlamışdılar.