"Starbucks" şirkəti Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Rusiya Federasiyası ərazisində fəaliyyətini dayandırıb.


Facemark.az xarici mənbəyə istinadən bildirir ki, bu barədə şirkətin baş direktoru Kevin Consonun açıqlamasında deyilir.


"Biz hadisələrin inkişafını izləməyə davam edirik və bu gün Rusiyadakı bütün iş fəaliyyətimizi, o cümlədən məhsullarımızın tədarükünü dayandırmaq qərarına gəldik", - deyə K.Conson bildirib.


Eyni zamanda "Coca-cola" və "Pepsi" şirkətləri də Rusiyada fəaliyyətini dayandırdıqlarını açıqlayıblar.