NFT ticarəti 21,000% artaraq 17 milyard dollardan çox olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu haqda olan araşdırma NFT ticarətinin keçən il 17,6 milyard dollar təşkil etdiyini və 2020-ci ildəki cəmi 82 milyon dollardan 21,000% artımı əks etdirdiyini bildirir.


İnsanlar ötən il NFT-lərin satışından cəmi 5,4 milyard dollar gəlir əldə etməklə, NFT-lərdən pul qazanmağı daha yaxşı bacarıblar. Nonfungible.com-un verdiyi məlumata görə, 470-dən çox pul kisəsi 1 milyon dollardan çox gəlir əldə edə bilib. NFT-lərin ən məşhur kateqoriyası 8,4 milyard dollarlıq satış təşkil edən kolleksiya əşyaları idi. ''Axie Infinity'' kimi oyun NFT-ləri isə 5,2 milyard dollarlıq satışla ikinci ən böyük kateqoriyanı təmsil edirdi.