Sürətli çatdırılma tətbiqi ''Getir''in son investisiyadan təxminən 800 milyon dollar gəlir əldə edəcəyi gözlənilir ki, bu da şirkəti 11,8 milyard dollar dəyərində qiymətləndirəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, keçən il 7,7 milyard dollar dəyərə çatan ''Getir'', xaricdəki böyüməsini maliyyələşdirmək üçün 1 milyard dollardan çox investisiya cəlb etməyi hədəfləyir.


Keçən il bir çox investordan 1,1 milyard dollar investisiya cəlb edən şirkət, çatdırılma sahəsində ən dəyərli şirkətlərdən birinə çevrilib. ''Getir''in ABŞ-dakı rəqibi ''GoPuff'' isə 15 milyard dollarlıq bir qiymətləndirməyə çatıb.



İyun ayında son investisiya turunda gəlir 7,56 milyard dollar dəyərində qiymətləndirilib.