''Starbucks'' bir çox müştəriləri tərəfindən sevilən karton və plastik fincanlarla bağlı yeni tənzimləmədən keçməyə hazırlaşır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, birdəfəlik stəkanların sonradan tullantıya çevrilməsinin qarşısını almaq üçün yeni tətbiqlər olduqca diqqətəlayiqdir. ''Starbucks'' birdəfəlik fincanlar yerinə istifadə edə biləcəyi yeni üsullar üzərində işləməyə başlayıb.
Şirkətin bu israfın qarşısını almaq üçün tapdığı həll yollarından biri müştərilərin ''Starbucks''dan stəkan götürmələridir. Sınaq mərhələsində olduğu deyilən bu yeni tətbiq ilə müştərilər karton stəkan yerinə borc götürülmüş ''Starbucks'' fincanlarında qəhvə içə biləcəklər. Müştərilərin şüşəni geri qaytarmaması kimi vəziyyətlərlə qarşılaşmamaq üçün şirkət müştərilərdən müəyyən məbləğdə depozit götürəcək.
Qeyd edək ki, keçən il yenidən bu məqsədlə sınaq keçirən ''Starbucks'' 100 birdəfəlik stəkanı əvəz edə biləcək bir fincan hazırlamışdı.