''Inventive Retail Group''a məxsus ''Nike'', ''Street Beat'', ''The North Face'' mağazaları eyni çeşidlə Rusiyada fəaliyyətini davam etdirəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bununla belə, malların qiymətləri rublun məzənnəsindəki dəyişiklikləri əks etdirmək üçün düzəldilib. Şirkət həmçinin bildirib ki, son iki həftə ərzində idman geyimi və ayaqqabılarına tələbat artıb. "Yaxın gələcək üçün bazar proqnozları vermək hələ də çətindir, lakin biz müxtəlif geyim və ayaqqabı istehsalçılarından bizə müraciətlərin artdığını görürük və hər zaman mümkün əməkdaşlığı müzakirə etməyə hazırıq", - ''Inventive Retail Group'' əməkdaşı qeyd edib.


Martın ortalarında bir sıra xarici şirkətlərin Rusiya bazarını tərk etməsi ilə bağlı xəbərlər fonunda Nike həmçinin bəyan edib ki, Rusiyadakı müştərilərə çatdırılma zəmanəti verə bilməz. Bununla əlaqədar olaraq internet-mağaza vasitəsilə vebsaytda və smartfonlar üçün tətbiqdə malların alınması əlçatmaz olub.