Elektronika və məişət texnikası istehsalı üzrə ixtisaslaşmış "LG Electronics" şirkəti Rusiya Federasiyasına bütün tədarükləri dayandırır.


Facemark.az xarici xəbərə istinadən xəbər verir.


“LG Electronics Rusiyaya bütün tədarükləri dayandırır və hadisələri yaxından izləməyə davam edəcək, biz bütün insanların sağlamlığı və təhlükəsizliyindən dərin narahatıq və LG humanitar yardım səylərini dəstəkləməyə sadiq qalır.” - deyə şirkətin saytında bildirilib.


Qeyd edək ki, "LG Electronics" məişət elektronikası və mobil telefonlar istehsal edir və uzun müddətdir ki, bazarda ilk üçlükdən biridir. Şirkət 1958-ci ildə yaradılıb və baş ofisi Seulda yerləşir.