Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5 101,621 milyon manat təşkil edib.


Facemark.az "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.


Son 1 ildə bağlanmış əqdlərin sayı isə 8,4% artaraq 2 833 olub.


BFB-nin dövriyyəsinin 53,7 %-i, yaxud 2 737,901 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 10,65% azdır.


Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 67% artaraq 224,405 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2 dəfə artaraq 2 139,315 milyon manat olub.