Coca-Cola “Zero Sugar Byte” Fortnite ekosistemində öz yerini tutdu. İçkinin may ayında fiziki olaraq istehlakçılarla görüşü planlaşdırılır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, içki dizaynını oyuna daxil etmək üçün oyun təşkilatı PWR ilə əməkdaşlıq edən "Coca-Cola" "Fortnite Creative"də "Pixel Point" adlı xüsusi ada yaradır. Mövzu ilə bağlı verdiyi açıqlamada "Coca-Cola", "Epic Games" və ya "Fortnite"nin adanın istehsal proseslərində sponsor olaraq yer almadığını vurğulayıb. Mayın 2-dən etibarən ABŞ-da mağazalarda yerini alacaq bu yeni içkinin dadı maraq doğurur.


Qeyd edək ki, şirkət yeni içkini "piksellərin ləzzəti" ifadəsi ilə təsvir edir.